İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imişbackend

İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş

Xəbər verildiyi kimi, Şəkinin Baş Kəldək kəndi ərazisində istirahət mərkəzində faciə baş verib.

Rayonda yerləşən “Şəki Yaylası” istirahət mərkəzində kanatın trosunun qırılması nəticəsində iki nəfər dünyasını dəyişib. Onlar Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov, digəri isə onun Bakıdan Şəkiyə istirahətə gələn dostu Ucal Bayramovdur.

KONKRET.az Mia.az-a istinadən xəbər verir ki, sözügedən istirahət mərkəzi Masazır qəsəbəsindəki məşhur “Qurtuluş-93” yaşayış kompleksinin və Novxanıdakı “My Beach” istirahət mərkəzinin sahibi Məhərrəm Novruzova məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*