Çin Sahil Mühafizəsi gəmilərinə qarşı su şırnaqlarından istifadə etdikdən sonra Filippin Çin səfirini çağırıb.
KONKRET.az xəbər verir ki, Bu barədə Filippin prezidenti Ferdinand Markos bildirib.
“Xarici işlər katibimiz bu gün səfir Huanqa zəng edib və ona baş verənlərlə bağlı fotoşəkillər və videolar olan şifahi nota verib və biz onların cavabını gözləyirik”, – deyə prezident vurğulayıb.
Qeyd edək ki, hadisə dünən, avqustun 6-da baş verib. Filippin Sahil Mühafizəsinin məlumatına görə, Çin Cənubi Çin dənizindəki mübahisəli Nanşa adalarında (ingiliscə adı – Spratli) Filippin ordusuna təchizat çatdırarkən su şırnaqlarından istifadə edib.
Çin səlahiyyətliləri malların qeyri-qanuni daşınmasının qarşısını almaq üçün tədbirlər gördüklərini iddia edirlər. Çin Sahil Mühafizəsinin sözçüsü Gan Yu Filippini bu sularda qeyri-qanuni fəaliyyətləri dərhal dayandırmağa çağırıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
