Şərikli tütün biznesi adı ilə tanışlarına 207 min manat “atan” şəxsə hökm oxundubackend

Şərikli tütün biznesi adı ilə tanışlarına 207 min manat “atan” şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Kərəmovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 2 il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib

İttihama görə, Rəşad Kərəmov üç ayrı epizod üzrə dələduzluq əməlləri törədib. O, iki tanışına tütün məhsullarının şərikli ticarəti ilə məşğul olmaq və birgə gəlir əldə etmək təklifini irəli sürərək onların etibarını qazanıb, daha sonra isə müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib. Bundan başqa, enerji içkilərinin satışını təşkil etmək adı ilə bir şirkətə məxsus məhsulları götürərək satıb, əldə etdiyi vəsaiti şəxsi ehtiyaclarına xərcləyib.

Beləliklə, Rəşad Kərəmov üç epizod üzrə ümumilikdə 207 179 manat məbləğində maddi ziyan vurmaqda ittiham olunur. Onun barəsində irəli sürülmüş ittihamların məzmununa görə, zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etməklə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməsi dələduzluq əməli kimi qiymətləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*