“İkinci Qarabağ savaşının nəticəsi İrəvanla yanaşı, Tehrana da ciddi zərbə vurub” – Mirzəbekyanbackend

“İkinci Qarabağ savaşının nəticəsi İrəvanla yanaşı, Tehrana da ciddi zərbə vurub" - Mirzəbekyan

“İkinci Qarabağ savaşının nəticəsi İrəvanla yanaşı, Tehranın da maraqlarına ciddi zərbə vurub”.

KONKRET.az “Azad İran”a istinadla xəbər verir ki, bunu Qafqazşünas Georqi Mirzəbekyan İranın İLNA xəbər agentliyinə müsahibəsində deyib.

“Zəngəzur dəhlizi adlandırılan yola açıq şəkildə qarşı çıxan yeganə ölkə İrandır və Tehranın bu siyasəti Ermənistana kifayət qədər dəstəkdir. Onu da deyim ki, Ermənistan Təbrizdə konsulluq açmağa hazırlaşır.

Hesab edirəm ki, İran və Ermənistan daim bu siyasəti davam etdirməli və dəhliz yaratmaq perspektivini aradan qaldırmaq üçün qarşılıqlı səylərə başlamalıdır”, – Mirzəbekyan deyib.

O bildirib ki, İranın xarici işlər naziri Abdullahianın Türkiyəyə səfəri zamanı digər məsələlərlə yanaşı, iki ölkə arasında əsasən Cənubi Qafqazdakı proseslər müzakirə olunub.
“Bildiyimiz kimi, Tehran və Ankaranın Cənubi Qafqazla bağlı bəzi məsələlərə yanaşması fərqlidir.

Həm İranda, həm də Ermənistanda Qarabağ müharibəsinin nəticəsinin təkcə İrəvanın mövqeyinə deyil, həm də Tehranın maraqlarına böyük ziyan vurduğuna dair ümumi fikir var. Mən də bu fikirlə razıyam ki, əvəzində Azərbaycan və Türkiyənin mövqeləri möhkəmlənib.

Təəssüf ki, müharibədən sonrakı reallıqda Ermənistan və İran yeni təhdidlər və çağırışlarla üzləşib. Bunlardan biri də təbii ki, “Zəngəzur dəhlizi” məsələsidir.

Bu yol digər məsələlərlə yanaşı, ümumilikdə Ermənistan-İran sərhədinin mövcudluğunu təhlükə altına qoyur”,- deyə o, cəfəng fikirlər səsləndirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*