“İlham Əliyev Moskva görüşünə qalib ölkənin Prezidenti kimi qatıldı” – Deputatbackend

“İlham Əliyev Moskva görüşünə qalib ölkənin Prezidenti kimi qatıldı” - Deputat

“Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən üçtərəfli görüş mühüm siyasi mərhələdir. Ən önəmli məqam bu görüşə cənab İlham Əliyevin qalib ölkənin Prezidenti kimi qatılması idi”.

Bunu KONKRET.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov əminliklə bildirib ki, üçtərəfli görüş bölgədə sülhün, əmin-amanlığın təmin olunmasına töhvə verəcək: “Bu görüşü 2020-ci ilin noyabrın 10-da imzalanan bəyanatın davamı kimi qiymətləndirmək olar. Cənab İlham Əliyev görüşə qalib ölkənin Prezidenti kimi qatılmışdı. Prezident həmişəki kimi qətiyyətli mövqeyini irəli sürdü. Dövlət başçısı bildirdi ki, “Atəşkəs elan ediləndən sonra iki ay keçib və noyabrın 9-10-da Bəyanatı imzalamış üç ölkənin liderlərinin bu gün Moskvada toplaşması onu göstərir ki, biz nəticə əldə etmək, sentyabrda, noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik. Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi.

Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq.

Bütövlükdə demək istərdim ki, 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir. Bu Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib. Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”. Ermənistanın baş naziri Nikol Paşinyan isə tam məyus vəziyyətdə idi. Yaxşı olar ki, Ermənistan razılaşmaya əməl etsin, belə olan halda, ölkə düşdüyü durumdan çıxar. Zamanla onların hansı addımları atacaqları görünəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*