Azərbaycan Prezidenti İlham Əliyev Rusiya və NATO-nun hərbi rəhbərliyinin Bakıda görüşünün keçiriləcəyini bildirib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi yayıb.
“Mən çox şadam ki, NATO və Rusiyanın hərbi rəhbərliyinin görüşləri Bakıda keçirilir, bu, artıq ənənədir”, — deyə o bildirib.
Əliyev Rusiya Federasiyasına və NATO-ya Azərbaycanı görüş yeri kimi seçdiklərinə görə təşəkkür edib.
Daha öncə diplomatik mənbə Bakıda Rusiya-NATO formatında görüşün 6-7 fevral 2020-ci il tarixinə planlaşdırıldığını bildirib.
Babək Göyüş
KONKRET.az
