İlon Mask kosmik gəminin sınaq buraxılışı zamanı qəzaya uğramasının səbəbi kimi oksigen və ya yanacaq sızmasını göstərib.
KONKRET.az xəbər verir ki, Mask bunu özünün “X” sosial hesabında yazıb: “İlkin məlumatlara görə, gəminin mühərrikinin təhlükəsizlik divarının üstündəki boşluqda oksigen-yanacaq sızması baş verib”. “Starship” daşıyıcı raketinin Texasdakı “Starbase” buraxılış meydançasından yeddinci sınaq buraxılışı Bakı vaxtı ilə saat 2.37-də baş tutub . Daha əvvəl Mask bildirmişdi ki, “SpaceX” qitələr arasında ultra sürətli uçuşlar üçün “Starship”dən istifadə etməyi planlaşdırır .
Vəli Həsənoğlu,
KONKRET.az