DOGE qurumu İlon Maskın səlahiyyət müddətinin başa çatmasına səkkiz ay qalmış ləğv edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters ABŞ hökumətinin Kadrlar İdarəetmə Xidmətinin rəhbəri Skott Kuporta istinadən xəbər verir.
Agentliyin məlumatına görə, DOGE-in bir çox funksiyalarını artıq ABŞ-ın Kadrlar İdarəetmə Xidməti öz üzərinə götürüb.
Bundan əvvəl ABŞ dövlət idarəçiliyinin səmərəliliyini artırmaq üçün yaradılan bu departamentin gözlənilən iqtisadi qənaəti təmin etmədiyi barədə xəbərlər yayılmışdı.
Müşviq Tofiqoğlu,
KONKRET.az
