“Ermənistandakı 7 iyun parlament seçkisində səs haqqı olanların 85 faizi iştirak etmək niyyətindədir. 85 faizin qatıldığı səsverməni heç kim cürət edib saxtalaşdıra bilməz. Cəhdinin qiyməti ona çox baha oturar”.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bu barədə Respublikaçı Alternativ Partiyasının sabiq sədri İlqar Məmmədov öz “Facebook” səhifəsində yazıb.
O bildirib ki, hazırki rəy sorğuları Paşinyanın xeyirinədir:
“Sorğu həm də göstərir ki, seçicilərin 33 faizi Paşinyanın partiyasına səs vermək istəyir, 25 faizi isə niyyətini bildirmək istəməyib. 14 faiz qərarlaşmayanlardır, 10 faizin səsi isə Karapetyanın blokundadır. Beləliklə, ən maraqlısı o 25 faizlik qaranlıq hissədir. Onlar niyə öz mövqeyini açıqlamaqdan yayınır? 3-4 həftəyə bilinər”.
