İmişlidən gecə saatlarında Ombudsmana zəng – Dərhal polisə məlumat verildibackend

İmişlidən gecə saatlarında Ombudsmana zəng - Dərhal polisə məlumat verildi

İmişli rayon sakini olan qadın gecə saatlarında Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət edərək, məişət zorakılığından zərər çəkdiyini, təhlükədə olduğunu, iki azyaşlı övladı ilə birlikdə küçədə qaldıqlarını bildirib.

Ombudsman Aparatından KONKRET.az-a verilən məlumata görə, Ombudsman Səbinə Əliyeva tərəfindən dərhal rayon icra hakimiyyətinə və yerli polis şöbəsinə müraciət edilib, həmin qurumların məsələyə operativ reaksiyası nəticəsində ana və övladları tez bir zamanda tapılaraq mühafizəsi təmin olunub, müvafiq binada gecələmələrinə şərait yaradılıb.

Daha sonra sənədləşdirmə işi aparılaraq, qadın və övladları Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib.

Səbinə Əliyevanın tapşırığına əsasən, məsələ nəzarətdə saxlanılıb, Ombudsmanın əməkdaşları müəssisədə ana və onun övladları ilə görüşərək, onların saxlanma şəraiti, səhhəti, psixoloji durumu və hüquqlarının müdafiəsi ilə bağlı vəziyyətlə maraqlanıblar. Bizim.media

  • Fəxrəddin Hüseynov Allahverdi oğlu
    Fevral 4, 2022 - 18:52

    İmişli rayon bəciravan kənd sakini Prezident Xüsusi Dövlət Mühafizə Xidmətdə İşləyən Sarı Göl Qorğnun Rəisi İsmi Atakişiyev Atakiş oğlu mənə və ailəmi tabelidəyi silahla başına ğülləylə vurub başına yayllıq baglayıb ikişaqqa edib kəndin mərkəzdə ölünü sürüyərəm məndə DİN nin 102 yə müraciət etdim təəsüflər olsun ki baxan yoxdur Atakişıyevlər zülaləsi silahıdır Qardaşı Əbülfəz Atakişiyev Atakis oglu və Atakişiyev Kamil Atakişi oğlu və Atakişiyev Beyrəy Atakişi oğlu DTX nın Nazirliyinində işləyir bu növ özbaşnalga İmişli rayon polis şöbəsi İmişli rayon Prokurorluğunda baxılmır Mənə Türkiyədə sğnacaq istəyirəm 04.02.22.050 879 71 13

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*