İmmunitet sertifikatının vaxtı çoxdan bitibsə, neçə doza vaksin olunmalıyıq? – TƏBİB-dən AÇIQLAMAbackend

İmmunitet sertifikatının vaxtı çoxdan bitibsə, neçə doza vaksin olunmalıyıq? - TƏBİB-dən AÇIQLAMA

İmmunitet sertifikatının müddəti çoxdan bitmiş şəxslər də yalnız bir doza vaksin olunacaqlar.

KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, koronavirusa yoluxub immunitet sertifikatı əldə edən, lakin bu sertifikatın etibarlılıq müddətindən 6 aydan sonra vaksin olunmayan şəxslər üçün də yalnız bir – “buster” doza peyvənd kifayətdir.

Qeyd edək ki, yoluxma tarixindən 6 ay sonra “buster” doza vurularsa, “İmmunitet sertifikatı” müddətsiz təqdim olunur. “İmmunitet sertifikatı” koronavirusa yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyini keçirmiş və rəsmi qeydiyyata düşmüş şəxslər “İmmunitet sertifikatı” əldə edə bilərlər./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*