İndoneziyada bazarda güclü yanğın: Ölənlər varbackend

İndoneziyada bazarda güclü yanğın: Ölənlər var

İndoneziyanın Mərkəzi Papua əyalətində bazarda baş verən güclü yanğın nəticəsində 11 nəfər həyatını itirib.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata əsasən, ölənlər arasında 6 uşaq da var.

Gecə saatlarında başlayan yanğın qısa müddətdə ətrafdakı ticarət obyektlərinə də keçib. Nəticədə 40-a yaxın tikili tamamilə yanıb.

Yanğın yerli vaxtla saat 03:30 radələrində nəzarətə götürülüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*