İndoneziyanın Yava adasında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilir.
Zəlzələnin episentri 100 mindən çox insanın yaşadığı Ranqkasbitunq şəhərindən 232 km şimal-şərqdə, episentri isə 10 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
