İndoneziyanın Yava adasında 6,4 maqnitudada zəlzələ baş verib, bir nəfər ölüb, 10 nəfər xəsarət alıb.
KONKRET.az xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Şurası məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ Yoqyakarta bölgəsində və Mərkəzi Yava əyalətində yüzlərlə evə, ofisə, tibb və təhsil müəssisəsinə ziyan vurub.
Məlumata görə, zəlzələ 25 km dərinlikdə qeydə alınıb və yeraltı təkanlar sunamiyə səbəb olmayıb.
