backend

İndoneziyada sel qurbanlarının sayı artır

İndoneziyada baş vermən sel nəticəsində dünyasını dəyişənlərin sayı 66 nəfərə çatıb.

KONKRET.az xarici mediaya istinadən bildirir ki, yeni ilin ilk günlərində paytaxt Cakarta və ətrafında baş verən şiddətli yağışlardan sonra güclü sel şəhəri iflic vəziyyətə salıb. 173 min nəfər təxliyyə olunub.

Rəsmilər vəziyyətin daha da pisləşəcəyindən narahat olduqlarını bildirib. Belə ki, növbəti günlərdə paytaxta və ölkənin məşhur Yava adasına 102 millimetr yağış yağacağı ehtimal olunur.

Qeyd edək ki, hidrometeoroloji proqnozlar bürosundan verilən məlumata görə, paytaxta 1 yanvarda 38 santimetr yağış yağıb ki, bu da 1996-cı ildən bu yana ən yüksək göstəricidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*