İnək sahibini gözsüz qoydu – Gəncədəbackend

İnək sahibini gözsüz qoydu - Gəncədə

Gəncə şəhərində inək sahibinin gözünü çıxarıb. Hadisə şəhərin Ə.Cavad küçəsi ev 68 ünvanında baş verib.

KONKRET.AZ bildirir ki, Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, inək 1978-ci il təvəllüdlü Əliyev Şəmşəddin Musa oğlunu vurub.

Nəticədə gözündən ağır zərbə alan şəxs yaxınlarının köməyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun sol gözü amputasiya edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*