İnflyasiya səviyyəsi 3,1 faiz olacaq – RƏSMİbackend

İnflyasiya səviyyəsi 3,1 faiz olacaq - RƏSMİ

Cari ildə məcmu tələbin daralması, inflyasiya gözləntilərinin aşağı olması şəraitində inflyasiya səviyyəsinin 3,1 faizə bərabər olacağı proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

Bildirilir ki, qlobal iqtisadiyyatda neft qiymətləri, dünya bazarında ərzaq qiymətlərinin gözləntiləri, pul kütləsinin artım tempi və sair digər amillərin fonunda növbəti ildə inflyasiya göstəricisi mülayim 3,0 faiz, sonrakı üç ildə də 2,7- 2,8 faiz ətrafında olacağı proqnozlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*