İngiltərənin Birmingem şəhərində Nigeriyadan olan və özünü keşiş elan edən bir nəfər iyirmi il ərzində kilsənin əməkdaşlarına təcavüz etdiyinə görə 34 il həbs cəzasına məhkum edilib.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Mail Online” nəşri yayıb.
Keşiş 5 qadını və 1 kişini 88 dəfə zorlayıb. Nəticədə bir neçə qız hamilə qalıb, amma keşiş onları abort etməyə məcbur edib.
O, məhkəmədəki ifadəsində deyib ki, təcavüz etdiyi şəxsləri günahlardan təmizləmək istəyirmiş.
Onun həyat yoldaşı bir neçə təcavüzdə iştirak etdiyi üçün 11 il həbs cəzası alıb.
Babək Göyüş
KONKRET.az