İnquşetiyada terrora hazırlaşan 6 silahlı məhv edildibackend

İnquşetiyada terrora hazırlaşan 6 silahlı məhv edildi

Rusiya Federasiyası İnquşetiya Respublikasının Karabulak ərazisində yaşayış binasında əməliyyat başa çatıb və 6 yaraqlı məhv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti”nin regional təhlükəsizlik güclərindəki mənbəsi bildirib.

“İlkin məlumatlara görə, toqquşma zamanı altı yaraqlı öldürülüb”, – deyə mənbə bildirib və əlavə edib ki, hazırda terrorçuların şəxsiyyəti müəyyənləşdirilir.

Xatırladaq ki, KTO-nun işə başlaması ilə bağlı mesajlar ötən gecə saat 19:30-da gəlməyə başlayıb. Silahlıların qarşısı Karabulakdakı yaşayış binalarından birində alınıb. Rusiya Federasiyası FSB-nin məlumatına görə, quldurlar terror cinayətləri törətməyi planlaşdırıblar və təslim olmaqdan imtina ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*