Alimlər müəyyən ediblər ki, son 2000 il ərzində insanların boy artımı praktiki olaraq dəyişməyib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Milan Universitetinin alimləri 549 kişi və qadın qalıqlarını təhlil ediblər.
Belə ki, sümüklər beş tarixi dövrə aid edilir. Roma dövrü (eramızın I-V əsrləri), erkən orta əsrlər (eramızın VI-X əsrləri), son orta əsrlər (eranın XI-XV əsrləri), Yeni dövr (eramızın XVI-XVIII əsrləri) və müasir dövr (eramızın XIX-XX əsrləri).
Qeyd olunub ki, hər qrupda 100-ə yaxın insanın qalıqları araşdırılıb. Müəyyən edilib ki, qadınların boyu 143,5-177,6 sm, orta boy 157,8 sm, kişilərin boyu isə 152,0-195,4 sm, orta hesabla 168,5 sm-dir.
Tarixi dövrləri müqayisə edən elm adamları insanların boy artımında ciddi dəyişikliklər müəyyən etməyiblər.
İqbal Rzayev,
KONKRET.az
