Ötən gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti 2 matçı keçirilib.
KONKRET.az xəbər verir ki, “İnter” İtaliyada “Atletiko Madrid”lə qarşılaşıb.
Görüş Milan təmsilçisinin qələbəsi (1:0) ilə başa çatıb.
Digər matç isə Niderlandda olub. PSV doğma meydanda “Borussiya” nı qəbul edib. Matç 1:1 hesabı ilə bitib.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
21 fevral
“İnter” – “Atletiko” 1:0
Qol: Arnautoviç, 79