İntihar edən müəllimin son sözləri: “Heç kim pis heç nə deməsin çünki…”backend

İntihar edən müəllimin son sözləri: “Heç kim pis heç nə deməsin çünki…”

Ötən gün Bakıda 27 yaşlı müəllimin özünü binadan ataraq intihar etməsi hadisəsinin bəzi detalları üzə çıxıb.

KONKRET.az Publika.az-a istinadla xəbər verir ki, intihar edən 26 fevral 1993-cü il təvəllüdlü İsayeva Naida Namiq qızı Suraxanı rayon sakini olub. O, Suraxanı rayonunda qeydiyyatda olmaqla Hövsan qəsəbəsində ailəsi ilə yaşayırmış.

İntihar hadisəsi isə Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında – Aşıq Molla Cümə küçəsi 19B ünvanında baş verib. Dünən həmin əraziyə gələn N.İsayeva binanın sonuncu – 16-cı mərtəbəsinə qalxıb və özünü oradan atıb.

İlkin araşdırmalar zamanı həmin binada və yaxınlıqda 27 yaşlı N.İsayevanın yaxınlarının yaşamadığı da dəqiqləşib.

Gənc müəllimin hansı səbəbdən intihar etməsi, həmin ərazini niyə seçməsi hələlik tam dəqiqləşməsə də, rəfiqəsi onun ölümündən əvvəl “Arxamca heç kim pis heç nə deməsin, çünki layiq deyiləm” mesajını paylaşdığını deyib.

O da məlum olub ki, intihar edən müəllim subay olub. O, 2009-cu ildə Bakı Humanitar Kollecin ibtidai sinif müəllimliyi ixtisasına qəbul olub. 2013-cü ildə kolleci bitirib. 2018-ci ildə Xəzər rayonu 121 nömrəli məktəbdə ibtidai sinif müəllimi kimi işə qəbul edilib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*