2021-ci il noyabrın 29-da Gənclər və İdman nazirinin müavini vəzifəsindən azad edilən İntiqam Babayevin Mərkəzi Asiya ölkələrindən birinə səfir göndəriləcəyi deyilir.
Bu barədə KONKRET.az-a etibarlılığı şübhə doğurmayan mənbələrdən məlumat daxil olub.
Bildirilir ki, İ.Babayev yaxın vaxtlarda Azərbaycanın Qırğızıstandakı səfiri vəzifəsinə təyin ediləcək.
Məsələ ilə bağlı İ.Babayevlə əlaqə saxlamağa çalışsaq da, o, zənglərimizə cavab vermədi.
Qeyd edək ki, hazırda Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilovdur. O, bu vəzifəyə ötən ilin oktyabrında təyin edilib.
Ənvər Şüküroğlu,
KONKRET.az
