Moskva İordaniya vətəndaşlarının Rusiya Silahlı Qüvvələrinə cəlb edilməsini dayandırmalıdır. Əks halda bu prosesin qarşısını almaq üçün tədbirlər görəcəyik.
KONKRET.az xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyinin sözçüsü Fuad əl-Məcali məlumat verib.
Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Rusiya ordusunun tərəfində döyüşmək üçün cəlb edilmiş iki İordaniya vətəndaşının ölümünün səbəbləri araşdırılır.
Nazirlik vətəndaşları Rusiya ordusuna cəlb etmək cəhdləri barədə məlumat verməyə çağırır.
Müşviq Tofiqoğlu
KONKRET.az
