“İqtidar Əliyevi qəzəbləndirməmək üçün Arsaxa getmir” – Saqatelyanbackend

"İqtidar Əliyevi qəzəbləndirməmək üçün Arsaxa getmir" - Saqatelyan

“Onlar (hakim partiya) Əliyev qəzəbləndirməmək üçün Arsaxa getmirlər”.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisdə keçirdiyi brifinqdə parlamentin vitse-spikeri, “Ermənistan” fraksiyasının üzvü İşxan Saqatelyan deyib. O, hakim partiyanın Azərbaycan Prezidenti İlham Əliyevdən qorxduğunu bildirib.

“Bununla onlar (hakim partiya) öz fəaliyyətsizliklərini, məğlubiyyət siyasətini və Arsaxdan imtinanı əsaslandırırlar. Arsaxı təhlükəyə atdılar və belə etməkdə davam edirlər. Onların fikrincə, Əliyevi qəzəbləndirməmək üçün Arsaxa getmirlər, Ermənistanın ərazi bütövlüyünü qorumurlar, daha çox ərazi itirməmək üçün Arsaxdan danışmırlar, çünki təhlükəlidir. Yəni göz qabağındadır ki, indiki iqtidar ölkəni yeni kapitulyasiyaya hazırlayır, ona görə də bu cür bayağı, mənasız çıxışlar edir, növbəti dəfə xalqı aldadır, Əliyevlə qorxudur”, – Saqatelyan deyib.

“Ermənistan üçün bir nömrəli gündəm Arsax və Ermənistanın təhlükəsizliyidir. Dörd gün davam edəcək bu iclasda iki parlament müxalifət fraksiyası iştirak etməmək qərarına gəlib. Yaxın günlərdə biz Sünikdə, Tavuşda, Qeqarkunikdə, yəni Ermənistanın təhlükəsizlik məsələlərinin aktual olduğu bölgələrində, eləcə də Arsaxda olacağıq”, – deyə Saqatelyan sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*