İqtidarla müxalifət arasında razılıq əldə olundubackend

İqtidarla müxalifət arasında razılıq əldə olundu

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası və müxalifəti arasında bu ilin payızında keçiriləcək parlament seçkilərinin modeli üzrə razılıq əldə olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bildirib.

Onun sözlərinə görə, tərəflər arasında siyasi danışıqlar geniş konsensusla nəticələnib: “Seçkilər 120/30 sistemi və 1%-lik baryer üzrə keçiriləcək. 120 deputat proporsional, 30-u isə majoritar sistem üzrə seçiləcək”.

Hakim partiya və müxalifət arasında razılıqla bağlı müvafiq memorandum imzalanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*