İran 56 neft tankerini sanksiya siyahısına saldıbackend

İran 56 neft tankerini sanksiya siyahısına saldı

İran ABŞ-la əlaqəli 56 neft tankerini sanksiya siyahısına daxil edib və onların tərəfdaşlarına qarşı da sanksiyaların tətbiq ediləcəyi barədə xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.

“İran qaydaları pozan 56 (ABŞ-la əlaqəli) neft tankerini sanksiya siyahısına daxil edib və onların tərəfdaşlarını sanksiyalar barədə xəbərdar edib. Həmçinin Hörmüz boğazına nəzarəti gücləndirib”, – məlumatda deyilir.

İranın bu qərarı enerji bazarında vəziyyətin kəskin pisləşdiyi bir vaxtda qəbul etdiyi bildirilir.

ABŞ-da dizel yanacağının qiymətində rekord artım qeydə alınıb, Qətərin qaz ixracı 90 faiz azalıb, Səudiyyə Ərəbistanının neft ixracı isə son doqquz ilin minimum səviyyəsinə düşüb.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*