İran ABŞ-a məxsus iki PUA-nı ƏLƏ KEÇİRDİbackend

İran ABŞ-a məxsus iki PUA-nı ƏLƏ KEÇİRDİ

İran Ərəbistan dənizində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd PUA ələ keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, İran ordusu ölkənin cənub-şərqində Sistan-Bəlucistan əyalətinin Mekran çimərliklərində keçirdiyi “Zülfüqar 1400” adı altında təlimlər zamanı İranın hava hücumundan müdafiə identifikasiya zonasına (ADIZ) daxil olan ABŞ-a məxsus 2 ədəd RQ4 və MQ-9 tipli PUA-nın ələ keçirilib.

İran bu barədə dərhal ABŞ-a xəbərdarlıq edib. İddialara görə, ABŞ PUA-ları İran ordusunun keçirdiyi təlimlə bağlı məlumat toplamaq üçün bölgəyə göndərilib./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*