“Iran Air” Avropaya uçuşları dayandırdıbackend

“Iran Air” Avropaya uçuşları dayandırdı

İranın “Iran Air” aviakompaniyası koronavirusun yayılması fonunda Avropaya uçuşları dayandırıb.

KONKRET.az bildirir ki, bu barədə kompaniyanın rəsmi saytında məlumat verilib.

“Aviakompaniyanın Avropa istiqamətinə olan bütün reysləri gələcək bildirişədək müvəqqəti dayandırılıb”, – məlumatda deyilir.

Bildirilib ki, reyslər Avropanın “bəlli olmayan səbəblər”ə görə tətbiq etdiyi məhdudiyyətlərə görə ləğv edilib.

Qeyd edək ki, İranda 7 mart tarixinədək 5823 nəfər koronavirusa yoluxub. Onlardan 1669-u sağalıb, 145-i isə ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*