İran ermənilərin saxtakarlığını İFŞA ETDİbackend

İran ermənilərin saxtakarlığını İFŞA ETDİ

İran ermənilərin daha bir saxtakarlığını ifşa edib.

KONKRET.az xəbər verir ki, bu barədə İranın Bakıdakı səfirliyinin məlumatında deyilir.

“Sosial şəbəkələrdə İranın Azərbaycanla sərhəddə ağır texnikanın toplanması ilə bağlı yayılan məlumatlar saxtadır”, – səfirliyin məlumatında bildirilir.

Diplomatik missiyanın qeyd etdiyi kimi, İran Keşikçiləri Korpusunun (SEPAH) rəsmi teleqram kanalı yoxdur, SEPAH-ın rəsmi mövqeyini rəsmi saytlarda və bu strukturun nümayəndəsi vasitəsilə öyrənmək olar.

“Sosial şəbəkələrdə yayılan xəbərlər saxtadır. Bu kadrlar bir neçə il əvvəl çəkilib. Bu cür söz-söhbətlər iki ölkə arasında münasibətlərə xəyanət edənlər tərəfindən Tehranla Bakı arasında münasibətlərə xələl gətirmək niyyəti ilə yayılır”, – deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, dünən erməni teleqram kanalları İranın Azərbaycanla sərhəddə təlim keçirmək üçün əraziyə texnika yığdığı barədə video paylaşmışdı.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*