İran Ermənistanla birgə dron təlimləri KEÇİRİR – FOTObackend

İran Ermənistanla birgə dron təlimləri KEÇİRİR - FOTO

İran Ermənistanla birgə dron təlimləri keçirir.

KONKRET.az xəbər verir ki, SEPAH-ın Aerokosmik Qüvvələri Kaşan aviabazasında Ermənistan, Rusiya və Belarusla birgə PUA təlimlərinin keçirildiyini təsdiqləyib.

Təlimlərdə Rusiya və Belarus da iştirak edib. Həmin təlimlərin sözçüsü Əli Bilali bu təlimlərin “Beynəlxalq Hərbi Yarışlar 2022” çərçivəsində olduğunu qeyd edib.

O, Kaşanda PUA təlimlərinin bu gündən “elektrikli və porşenli mühərriklər” sahəsində təşkil olduğunu və 12 gün müddətində davam edəcəyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Amerika rəsmiləri mediaya verdiyi müsahibədə bildiriblər ki, İran bir neçə həftə əvvəl bu ölkədə İranın pilotsuz döyüş təyyarələrindən istifadə etmək üçün Rusiya qüvvələrinə təlim keçib.

Daha öncə Amerika rəsmiləri xəbərdarlıq ediblər ki, Rusiya Ukraynadakı müharibədə İranın döyüş pilotsuz təyyarələrindən istifadə etməyə çalışır.


Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*