İran Fars körfəzində yanacaq daşıyan tankeri ələ keçirdibackend

İran Fars körfəzində yanacaq daşıyan tankeri ələ keçirdi

İran Fars körfəzində xarici bayraqlı neft tankerini ələ keçirib. 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Ordusunun Dəniz Qüvvələri yazılı açıqlama verib.

Açıqlamada Fars körfəzinin şimalında 200 min litr qeyri-qanuni yanacaq daşıyan xarici bayraqlı tankerin ələ keçirildiyi və tankerdəki 8 nəfərin nəzarətə alındığı bildirilib.

Buşehr estakadasına çəkildiyi qeyd edilən tankerin hansı ölkənin bayrağını daşıdığı açıqlanmayıb.

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*