“İran güc sərgiləməklə masaya əyləşmək və öz payını almaq istəyir” – ÖZƏLbackend

"İran güc sərgiləməklə masaya əyləşmək və öz payını almaq istəyir” - ÖZƏL

İranlı diplomat Əbülfəzl Zöhrevəndin, “İran Ermənistan ərazisinə daxil olmalıdır” fikirləri region dövlətləri tərəfindən birmənalı qarşılanmayıb. Bir çoxları İranın Ermənistan ərazisinə ordu yeridərək Azərbaycana qarşı vuruşmaga hazırlaşdığı haqda fikirlər səsləndiriblər. Bu ehtimallar nə qədər real görünməsə də, İrəvanın hazırkı təxribatları fonunda cəmiyyətdə müəyyən narahatlıqların yaranmasına səbəb olub. Bəs görəsən rəsmi Tehranın Ermənistana daxil olması mümkündürmü? Buna Qərb, ABŞ və Rusiyanın münasibəti necə ola bilər?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Azər Rəşidoğlu bildirib ki, indiki halda İranın hansısa bir əraziyə daxil olduğunu güman etmir: “Çünki İranın öz daxilində problemlər kifayət qədər çoxdur. Ali rəhbərin vəziyyətinin ağır olması, oradakı bütün maraq qruplarını üz-üzə qoyub. Əgər Xamenei vəfat etsə, o zaman İranda hakimiyyət uğrunda mübarizə daha da şiddətlənəcək. Belə bir vaxtda İranın hansısa bir ölkənin ərazisinə qoşun yeritməsi o qədər də real görünmür”.

Milli Şurada daxildən parçalanma: Gültəkin Hacıbəyli “qumbaranı partladır” – Azər Rəşidoğlu yazır

Politoloq əlavə edib ki, son vaxtlar Tehran və Vaşinqton arasında müəyyən bir yaxınlaşma və gərginliyin azalması müşahidə olunur: “Bu baxımdan Amerika və İran arasında hansısa şiddətli qarşıdurmanın baş verəcəyinə inanmıram. Rəsmi Tehranın əsas məqsədi Azərbaycana və ya başqasına qarşı güc nümayiş etdirmək deyil. Rusiya yüklərin daşınacağı dəhlizi nəzarətə götürmək istəyir. Məhz Türkiyə vasitəsi ilə NATO-nun həmin dəhlizi nəzarətə götürəcəyindən isə İran çox narahatdır. Odur ki, rəsmi Tehranın niyyəti sözügedən dəhlizi özünün nəzarətə götürməsidir. Beləliklə də İran güc sərgiləməklə masaya əyləşmək və orada öz payını almaq istəyir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*