İran və ABŞ arasındakı əsas fikir ayrılıqları hələ də həll olunmamış qalır. “Tasnim” agentliyinin məlumatına görə, rəsmi Tehran ABŞ-nin hələ də reallıqdan uzaq tələblər irəli sürdüyünü bəyan edir.
KONKRET.az xəbər verir ki, İran münaqişənin dayandırılması, dondurulmuş aktivlərinin tam şəkildə geri qaytarılması və ABŞ-nin hərbi əməliyyatlarına görə təzminat tələbi məsələlərində heç bir halda güzəştə getməyəcək.
Bununla yanaşı, İran müharibənin dayandırılması ilə bağlı hər hansı bir sazişin nüvə öhdəlikləri ilə əlaqələndirilməsi ideyasını da rədd edib. Tehran ABŞ-nin nüvə sahəsindəki tələblərini siyasi bəhanə adlandırıb.
Natiq Səlim,
KONKRET.az
