“İran hirsini Azərbaycandan çıxa bilər” – Türk ekspertdən sensasion açıqlamabackend

"İran hirsini Azərbaycandan çıxa bilər" - Türk ekspertdən sensasion açıqlama 

HƏMAS-ın lideri İsmayıl Haniyənin öldürülməsi Azərbaycana da ciddi təsir göstərə bilər.

KONKRET.az xəbər verir ki, türk ekspert Özlem Gürses bildirib ki, xüsusilə Azərbaycan İranın qəzəbinə tuş gələ bilər:

“Haniyəni İsrail öldürdü. Raketlə qətlə yetirildi. Raketin haradan atıldığı hələ təsbit edilməyib. İnşəallah bu, Azərbaycan olmaz. İranın paytaxtında, Tehranın göbəyində, mühafizəçilərin qoruması altında bir ali rəsmi səviyyəli müsafir öldürülür. Üstəlik yeni prezidentin and içmə mərasimi ərəfəsində öldürülür. İranın nüfuzuna çox ağır bir zərbə vurulur.

Dolayısı ilə bu raket Azərbaycan torpaqları üzərindən atılmışsa, İran hirsini Azərbaycandan çıxaracaq. Türkiyə isə tərəflər arasında balanslı siyasət yeritməlidir. Çünki gərginlik pik vəziyyətindədir”.

Natiq Səlim,

KONKRET.az 

  • Alik
    Avqust 2, 2024 - 07:40

    Ay mutila yalan danisa danisa axirda ele sizin kimiler öz niyyetinize catassiz. Öz başinizda catlasin

  • Mən
    Avqust 2, 2024 - 07:54

    Azərbaycandan niyə atılır,guya izraildən atıla bilməz?Dəli yadına daş salır ee

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*