İran İraqda PKK-nın mövqelərinə zərbə endirdibackend

İran İraqda PKK-nın mövqelərinə zərbə endirdi

İran İnqilab Keşikçiləri Qvardiyasının qırıcıları İraqın şimalında terrorçu PKK-nın mövqelərinə zərbə endirib.

KONKRET.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, məlumatı İran İnqilab Keşikçiləri Qvardiyası yayıb.

Bildirilib ki, əməliyyatda “Şahed-129” pilotsuz uçuş aparatı da iştirak edib.

Məlumata görə, terrorçuların başçılarının toplanma və təlim mərkəzinə 7 raket atılıb: “Mərkəz dağıdılıb, onlarla terrorçu zərərsizləşdirilib və ya yaralanıb”.

Qeyd edək ki, bu günlərdə İran İnqilab Keşikçiləri Qvardiyası Quru Qoşunları komandanı, briqada generalı Məhəmməd Pakpur rəsmi Bağdad və Ərbilə səslənərək İranın təhlükəsizliyini təhdid edən terrorçulara İraqda yer verməməyə çağırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*