İran İsraili vurmaq üçün unikal pilotsuz uçuş aparatı İSTEHSAL ETDİbackend

İran İsraili vurmaq üçün unikal pilotsuz uçuş aparatı İSTEHSAL ETDİ

İran Təl-Əviv və Hayfanı vurmaq üçün unikal pilotsuz uçuş aparatına malik olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, bunu IRIB TV1 telekanalına müsahibəsində quru qoşunlarının komandanı general Kyumars Haydari deyib.

O, qeyd edib ki, əvvəllər təqdim edilmiş “Arash-1”in daha yeni versiyası olan “Arash-2” pilotsuz uçan aparatı unikal xüsusiyyətlərə və imkanlara malikdir. O, təyin olunmuş hədəfi vurub məhv etməzdən əvvəl məlumatı uğurla qəbul edə bilir.

“Dron xüsusi olaraq Hayfa və Təl-Əvivi hədəf almaq üçün hazırlanıb, bu, müqayisə edilməyən “quşdur”.

Heydəri əlavə edib ki, dron artıq İran ordusuna təqdim edilib və onun imkanları gələcək hərbi təlimlərdə nümayiş etdiriləcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*