İran “Kaman-19” pilotsuz təyyarəsini təqdim etdibackend

İran "Kaman-19" pilotsuz təyyarəsini təqdim etdi

“Kaman-19” pilotsuz təyyarəsi ilk dəfə İran Ordusunun birgə pilotsuz təyyarə təlimində təqdim edilib.

KONKRET.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

“Təlim zamanı dörd ordu qüvvələrinin elektron döyüş bölmələri elektron döyüş texnikaları və həlləri hazırladı və tətbiq etdi”, – deyə müştərək pilotsuz təyyarə təliminin sözçüsü Əlirza Şeyx deyib.

Onun sözlərinə görə, təlimin hazırkı mərhələsində pilotsuz təyyarələrlə əlaqənin kəsilməsi əməliyyatı Ababil-4 və Kaman-19 pilotsuz təyyarələri tərəfindən uğurla həyata keçirilib.

Ariz Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*