İran Malayziyaya uçuşları dayandırır – SƏBƏBbackend

İran Malayziyaya uçuşları dayandırır - SƏBƏB

İran ABŞ-ın birtərəfli sanksiyaları nəticəsində Malayziyadakı təyyarələrinə yanacaq verilmədiyi üçün bu ölkəyə uçuşları dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə İran Hava Yolları Assosiasiyasının katibi Maqsud Əsədi Samani “ILNA”ya açıqlamasında bildirib:

“ABŞ-la əməkdaşlıq edən Malayziya artıq İran Hava Yollarına yanacaq vermir. İran təyyarələri yanacaqla təmin olunmadığı üçün bu gün Malayziyaya son reysini yerinə yetirir”.

Qeyd edək ki, Vaşinqton administrasiyası 2018-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planı adlanan nüvə sazişindən birtərəfli qaydada çıxıb və mülki aviasiya sektoru da daxil olmaqla, İrana qarşı ağır sanksiyalar tətbiq edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*