İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) agentlərini Böyük Britaniyaya göndərmək üçün La-Manş boğazından keçən qeyri-qanuni miqrasiya marşrutlarından istifadə edir.
KONKRET.az xəbər verir ki, bu barədə The Telegraph qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, adları açıqlanmayan iranlı rəsmilər Londonda artıq növbəti göstərişləri gözləyən “inqilab adamları”nın olduğunu iddia ediblər.
Qaçaqmalçılar isə bildiriblər ki, İran bu marşrutların bir hissəsinə nəzarət edir. Onların sözlərinə görə, bəzi miqrantlar Avropaya endirimli qiymətə keçirilir, daha sonra isə Tehran qarşısında öhdəlik daşımağa məcbur olurlar.
Qəzet həmçinin Böyük Britaniyanın daxili təhlükəsizlik xidməti MI5-in rəhbərinin açıqlamasına istinadən yazır ki, son bir ildə İranla əlaqəli 20-dən çox potensial ölümcül sui-qəsd planının qarşısı alınıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
