Yaxın zamanda İran parlamenti xarici işlər naziri Hüseyn Əmir Abdullahianı impiçtment edə bilər.
KONKRET.az bu haqda “Azad İran”-na istinadən xəbər verir.
İran İslam Respublikasının parlamenti – İslam Məşvərət Şurasında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın impiçtmenti ilə bağlı məsələ qaldırılıb. Məlumata görə, İran parlamentinin Zabol şəhərindən seçilmiş üzvü Həbibullah Dehmorde xarici işlər nazirinin impiçment layihəsinin hazırlanmasının zəruri olduğunu bildirib.
“Mən və bir sıra həmkarlarım bütün ölkənin problemləri ilə bağlı gəldiyimiz nəticəyə əsasən, xarici işlər nazirinin impiçmentini gündəmə gətirmişik”,- deyə Dehmorde vurğulayıb.
O qeyd edib ki, xarici işlər naziri Abdullahianın impiçmentində imzaların sayı lazım olandan üç dəfə çoxdur.
