İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi məxfi dron bazasına BAŞ ÇƏKDİbackend

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi məxfi dron bazasına BAŞ ÇƏKDİ

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqeri “313 Məxfi Dron Bazası”na baş çəkib.

KONKRET.az xəbər verir ki, bu barədə İran Ordusunun ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb. Sözügedən bazanın İranın gizli və yeraltı insansız uçaq bazalarından biri olduğu bildirilir.

Səfər zamanı general Baqeriyə müxtəlif hərbi, hücum və uzaq mənzilli pilotsuz təyyarələrin istehsalı sahəsində ən son imkanlar barədə məlumat verilib.

Baqiri bu barədə deyib: “Biz heç vaxt təhdidi kiçik olaraq görmürük, heç vaxt düşmənin yuxuda olduğunu güman etmirik, gözlərimiz açıqdır və hər zaman ayıq-sayığıq”.

“Yüzlərlə metr dərinlikdə layihələndirilərək tikilən bu gizli bazanın istismarı ilə İran bölgənin üstün dron gücünə çevrilib”, – deyə bəyanatda iddia edilib.

Xatırladaq ki, ölkə əhalisi demək olar ki, hər gün müxtəlif problemlərdən etiraz aksiyaları keçirərkən, İran liderləri xalqın pullarını dron, ballistik raket və nüvə proqramlarına, habelə müxtəlif ölkələrdə proksi qruplaşmalarını dəstəkləməyə xərcləyir.

Natiq Səlim, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*