İran və ABŞ arasında İslamad danışıqları tamamilə donduruldubackend

İran və ABŞ arasında İslamad danışıqları tamamilə donduruldu

Yaxın Şərqdə gərginliyin azaldılması üçün böyük ümidlə gözlənilən İran-ABŞ diplomatik təmasları dalana dirənib. “Al-Arabiya” telekanalının Pakistanın yüksək rütbəli rəsmi mənbələrinə istinadən yaydığı məlumata görə, tərəflər arasında İslamad şəhərində keçirilməsi planlaşdırılan danışıqlar prosesi qeyri-müəyyən müddətə dondurulub. Mənbə qeyd edir ki, hazırda danışıqların tamamilə ləğv edilməsindən söhbət getməsə də, proses faktiki olaraq hərəkətsiz qalıb.

KONKRET.az xəbər verir ki, danışıqların bərpa olunması üçün həm Tehranın, həm də Vaşinqtonun ciddi güzəştlərə getməsi tələb olunur. Pakistan hakimiyyəti hazırda vasitəçilik missiyasını davam etdirərək, İran tərəfini nümayəndə heyətini İslamad şəhərinə göndərməyə razı salmağa çalışır. Lakin Tehran administrasiyası ölkəyə tətbiq edilən iqtisadi embarqoların aradan qaldırılmasını müzakirələrin başlanması üçün əsas şərt hesab edir və bu məsələni ən böyük maneə kimi görür. Mövcud vəziyyət göstərir ki, tərəflər arasında qarşılıqlı etimadın olmaması regional sabitliyə yönəlmiş diplomatik cəhdləri boşa çıxarır.

Natiq Səlim,
KONKRET.az

  • GARACHANTA
    Aprel 23, 2026 - 21:38

    savadsız KONKRET, İLAMAD YOX İSLAMABAD

GARACHANTA üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*