İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı İsmail Qaani İsrailin Livan və Qəzza zolağında hərbi əməliyyatları davam etdirməsinin regionda gərginliyi daha da artıra cağını deyib.
KONKRET.az xəbər verir ki, bu barədə o, Fars News agentliyinə açıqlamasında deyib.
Qaani vurğulayıb ki, İsrailin hərəkətləri “Müqavimət oxu”nun İranla əlaqəli qruplaşmalarla koordinasiyasını daha da gücləndirir və qarşıdurmanın yeni istiqamətlərdə genişlənməsinə səbəb ola bilər.
O, həmçinin xəbərdarlıq edib ki, hadisələrin inkişafı Bab əl-Məndəb və Hörmüz boğazlarında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı vəziyyətin “bərabərləşməsinə” gətirib çıxara bilər.
Qaaninin sözlərinə görə, strateji əhəmiyyət daşıyan bu nəqliyyat marşrutlarından birində yaranacaq problemlər digərinə də oxşar təsir göstərə bilər.
İranlı generalın açıqlaması regionda təhlükəsizlik vəziyyəti və beynəlxalq dəniz ticarəti marşrutları ilə bağlı narahatlıqların artdığı bir dövrdə səsləndirilib.
Müşviq Tofiqoğlu
KONKRET.az
