İran XİN: “İsrail ilə təkrar münaqişə riski var”backend

İran XİN: "İsrail ilə təkrar münaqişə riski var"

İran İsraillə təkrar münaqişə ehtimalının olduğunu etiraf edib.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyindəki mənbə jurnalistlərə bildirib.

“Əlbəttə ki, risk var, amma bunun nə qədər böyük olduğunu demək çətindir. İran 12 günlük müharibənin dərslərini öyrənib”, – deyə o qeyd edib.

Adı açıqlanmayan mənbənin sözlərinə görə, qarşı tərəf də eyni dərsləri öyrənməli idi: “Onlar başa düşməlidirlər ki, yeni bir hücum olarsa, eyni ssenari təkrarlanacaq, amma Tehran üçün bu, artıq sürpriz olmayacaq”, – deyə o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*