İranda Alparslan adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi verilmirbackend

İranda Alparslan adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi verilmir

İranda Qeydiyyat İdarəsi Alparslan türk adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi verməkdən imtina edib.

KONKRET.az Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadən xəbər verir ki, iki aydır doğulan azərbaycanlı körpəyə doğum şəhadətnaməsi almaq mümkün olmayıb.

Azərbaycanlı körpənin atası Mustafa Əvəzpur Qeydiyyat İdarəsinin antitürk siyasətini tənqid edərək bildirib ki, övladına Alparslan adı qoyduğu üçün hökumətin doğum şəhadətnaməsi verməməsi onu və övladını böyük problemlərlə qarşı-qarşıya qoyub.

Belə ki, övladına peyvənd vurdurmağa və müalicə xidmətlərindən yararlanmağa imkan verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*