backend

İranda avtobus aşdı: ölən və yaralananlar var

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Təbriz-Sufian yolunda avtobus aşıb.

KONKRET.AZ xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan vilayəti təcili yardım idarəsinin sözçüsü Vəhid Şadiniya jurnalistlərə açıqlamasında deyib.

V.Şadiniyanın sözlərinə görə, səhər saat 06:00 radələrində baş verən qəzada 22 nəfər yaralanıb, bir nəfər həlak olub.

Şadiniya əlavə edib ki, yaralılar Təbrizin xəstəxanalarına köçürülüblər.

Faktla bağlı araşdırma aparılır.

25 km uzunluğunda Təbriz-Sufian magistral yolu Şərqi Azərbaycan vilayətində tıxaclı yollardan biri hesab olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*