İranda davam edən etiraz aksiyaları nə ilə nəticələnə bilər? – AÇIQLAMAbackend

İranda davam edən etiraz aksiyaları nə ilə nəticələnə bilər? - AÇIQLAMA

Bir neçə gün əvvəl İranda başlayan etiraz aksiyaları getdikcə daha böyük arealı əhatə edir. Belə ki, aksiyaların artıq qarşısıalınmaz vəziyyətə gəlib çıxdığı iddia edilir.

Daha öncə sosial tələblərlə çıxış edən etirazçılar artıq siyasi tələblər irəli sürməyə başlayıb. Hətta İranın Ali dini lideri Ayətullah Seyid Əli Xamaneiyə qarşı kəskin şüarlar səsləndirirlər. İranın paytaxtı Tehranda silahlı atışmalar zamanı ölən və yaralananların olduğu bildirilir.

Maraqlıdır, Tehranda davam edən etiraz aksiyaları nə ilə nəticələnək? İranda dini rejim ləğv edilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, İranın sərt sanksiyalar qarşısında davam gətirəcək gücü var:

“İranda belə etiraz aksiyaları müxtəlif dövrlərdə olub. Etirazçı xalq kütlələri bu ölkədə daim göz önündə olub. Tarixin müxtəlif dövründə İranda yaşayan azərbaycanlılar da öz hüquqlarının təmin edilməsi uğrunda belə etiraz aksiyalarına yönəlib. ABŞ prezidenti Co Bayden hakimiyyətə gəldikdən sonra İran xarici siyasətdə tamamilə anlaşılmaz ritorikadadır. Çünki İrana qarşı sanksiyalar paketinin ləğv ilə bağlı heç bir real nəticə yoxdur. Bu sanksiyalar xalqın sosial durumunun daha da pisləşməsinə səbəb olur. Lakin nəzərə almaq lazımdır ki, İranın Rusiya və Şimali Koreyadan fərqli olaraq uzun müddət sərt sanksiyalar qarşısında davam gətirəcək gücü var. Bu mənada hesab edirəm ki, İranı nüvə zənginləşdirilməsi ilə bağlı danışıqlarda geri addım atmağa vadar edən Qərb onunla növbəti dəfə masada oturmağa çalışır”.

Politoloq aksiyaların İranda ciddi mənada dəyişikliklərə səbəb olacağını düşünmür:

“Hesab edirəm ki, belə etiraz aksiyaları və sanksiyalar İranın nüvə ilə bağlı məsələlərdə geri addım atmasına səbəb olacaq. Bütövlükdə isə bu aksiyalar İranda daha da dərinləşə bilər. Aksiyaçıların öz ritorikalarını getdikcə daha da sərtəşdirməsi ölkədə vəziyyətin məcradan çıxmaq ehtimallarını ortaya qoyur. Lakin İran dövləti bu kimi aksiyaları yatırmaq qabiliyyətinə malikdir. Yəni aksiyaların İranda ciddi mənada dəyişikliklərə səbəb olacağını düşünmürəm”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*