İranda edam edilən jurnalistin atası molla geyimindən imtina etdi – VİDEObackend

İranda edam edilən jurnalistin atası molla geyimindən imtina etdi – VİDEO

Edam olunmuş jurnalistin atası oğlunun il mərasimində molla geyimini çıxarıb atıb.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, dünən Tehranın “Behişti Zəhra” qəbiristanlığında oğlunun məzarı üstündə keçirilən kiçik toplantıda çıxış edən Məhəmməd Əli Zəm övladının haqsız edam olunduğunu bildirib.

Tanınmış müxalif jurnalist Ruhullah Zəm 1 il əvvəl əsassız ittihmlarla edam edilib.

Ədalətsiz edam qərarına və özünə isə göstərilən təzyiq və təhdidlərə etiraz əlaməti olaraq əynindəki ruhani paltarını çıxaran Məhəmməd Əli Zəm həmişəlik bu geyimdən imtina etdiyini bildirib.

“Bu gün mənə qarşı iş açır, başqalarından şahid qismində istifadə edərək onları mənə qarşı səfərbər edir, onlardan mənim guya ruhani paltarınına layiq olmadığımla bağlı yalançı ifadələr almaqla məni mühakimə etməyə çalışırlar.

Mən isə burada könüllü olaraq, başımdakı bu əmmamə və əynimdəki əbanı çıxararaq, millətin pullarını başqalarından mənə qarşı yalançı ifadələr almağa çalışanlara və sizə təqdim edirəm”, – deyə mərhum jurnalistin atası Məhəmməd Əli Zəm deyib.

Məhəmməd Əli Zəm əynindəki molla paltarından həmişəlik imtina etməsinin ardınca oğlunun məzarı üstündə toplaşan və onun çıxışını dinləyənlər tərəfindən  alqışlanıb.

Qeyd edək ki, Məhəmməd Əli Zəm bundan əvvəl İranın İslami Təbliğat Təşkilatında və digər qurumlarda müxtəlif vəzifələrdə çalışıb.

Uzun müddət Tehranın Evin zindanında ETTELAAT əməkdaşları tərəfindən işgəncələr altında dindirilən və bütün təzyiqlərə baxmayaraq öz müxalif mövqeyindən dönməyən jurnalist Ruhullah Zəm Tehran inqilab məhkəməsi tərəfindən edama məhkum edilib.
O, xarici ölkələrə casusluqda, sistemə qarşı təbliğat aparmaqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və xarici ölkələrdəki İran müxalifəti ilə əməkdaşlıq etməkdə günahlandırılıb.

Jurnalist Zəm 2020-ci il dekabrın 13-də ailəsindən xəbərsiz Tehranın Evin zindanında dara çəkilib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*