İranın Abadan şəhərindəki Neft Emalı zavodunda işləyən fəhlələr aprelin 21-də tətil keçiriblər.
KONKRET.az xəbər verir ki, tətil zavodda fəaliyyət göstərən “Eliksir Sanat” Layihə şirkətinin işçilərinin mərkəzi aparatı tərəfindən elan edilib.
Bildirilib ki, etiraz aksiyasına səbəb fəhlələrə 2023-cü ildə əməkhaqqı artımı ilə bağlı vədin yerinə yetirilməməsidir.
